Rusiya Federasiyasının hərbçiləri Kremenna rayonuna daxil olub, şəhərdə küçə döyüşləri gedir.
Arazmedia.az xəbər veerir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Gecə düşmən Kremennaya soxula bildi, lakin möhkəm dayana bilmədi. Döyüşlər şəhərin özündə də davam edir”, – qubernator vurğulayıb.
Bundan əlavə, Qayday Rusiyanın bölgəyə hücumunun artıq başladığını və yenidən sakinləri təxliyə etməyin lazım olduğunu bildirib.