DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Qəbələ” “Sumqayıt”a, “Qarabağ” “Şamaxı”ya qarşı

2 dəqiqəyə oxunur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

Arazmedia.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edəcək.

Hazırda meydan sahibləri 34 xalla 4-cü, bir oyun az keçirən “gənclik şəhəri” təmsilçisi 14 xalla 7-ci pillədə yer alıb. “Qəbələ” qalib gəlsə, ən azı bir gün müddətinə 3-cü pilləyə yüksələcək. Əks halda, “qırmızı-qaralar” 5-ci yerə enmə təhlükəsi ilə üzləşə bilər.

Komandalar indiyək çempionatda 38 dəfə üz-üzə gəliblər. Əvvəlki matçların 22-də “qırmızı-qaralar”, 5-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü var – 62:28. Meydan sahibləri Premyer Liqadakı son 3 görüşdə rəqibinə uduzmayıb. Tərəflər arasındakı son iki görüşdə 3 və ya daha çox qol qeydə alınıb.

Günün ikinci qarşılaşmasında 52 xalla lider olan “Qarabağ” 20 xalla 6-cı sıradakı “Şamaxı” ilə üz-üzə gələcək. Oyunun nəticəsi komandaların mövqeyinə təsir etməyəcək.

Bu, komandaların çempionatdakı yubiley – 70-ci matçı olacaq. 32 dəfə “köhlən atlar”, 13 dəfə qonaqlar meydanı 3 xalla tərk edib. Topların nisbətində ağdamlılar üstündür – 87:43.

Meydan sahibləri Premyer Liqadakı son 14 oyunda rəqibinə uduzmayıb. “Şamaxı” isə son 3 səfər görüşündə xal qazana bilməyib.

Azərbaycan Premyer Liqası, XXIII tur

15 aprel (cümə)

17:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

19:30. “Qarabağ” – “Şamaxı”

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

Qeyd edək ki, tura aprelin 16-da keçiriləcək “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.