12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında maksimal nəticə (300 bal) göstərən olmasa da, 3 nəfər 297.5 bal toplayıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri 245 saylı məktəbin məzunu Abbasova Səbirə Şahin qızı, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Zeynallı Xaqani Nizami oğlu və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızı 297.5 bal toplayıb.
Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə – müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıblar.