Aprelin 13-ü saat 08:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s, Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.
Milli Hidrometeorologiya Xidmətindən Arazmedia.az-a verilən məlumata görə, gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.
Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.
Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.