DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan EDƏCƏK

1 dəqiqəyə oxunur

ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri Rusiya Federasiyasına bütün investisiyaların qadağan edilməsini də əhatə edəcək.

Arazmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Məlumata əsasən, ABŞ, həmçinin Rusiyanın maliyyə institutlarına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir

Bildirilib ki, yeni tədbirlər barədə aprelin 6-da məlumat veriləcək. Sanksiyalar müəyyən sayda Rusiya hökumət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.