8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri şəhid analarını ziyarət ediblər.
Arazmedia.az xəbər verir ki, görüşdə canını vətən uğrunda qurban verən şəhidlərin anaları, xanımları, bacıları və qız övladları iştirak edib.
Onların hər biri Beynəlxalq Qadınlar Günü münasibət ilə təbrik edilib və hədiyyələr təqdim edilib.
Görüşün sonunda şəhid ailələrini narahat edən məsələlər, onların arzu və istəkləri dinlənilib. Şəhid anaları ölkə rəhbərliyinin onları daim diqqətdə saxladıqları və qayğı ilə əhatə etdiyi üçün öz təşəkkürünü bildirib və Mehriban xanım Əliyevanı da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər.