Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.
Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.