DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

“İlham Əliyevin bütün hüceyrələri müstəqiliyi qorumağa səfərbər olub” – Rəsul Quliyev

2 dəqiqəyə oxunur

“Prezident Əliyev Putinin Ukraynanın torpağının bir hissəsini işğal etməklə dünyada yaranmış çox təhlükəli  (vizual görünməməsinə baxmayaraq) vəziyyətdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və dahada mökəmləndirmək üçün çox ciddi addımlar atır. Onun Putinlə görüşündə (əgər diqqətlə baxsanız) necə həyacanlı olduğunu görməmək mümkün deyil. İnsanın bütün hüceyrələri Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün səfərbər olub. Bütövlüklə imza atılmış bəyyannamə tərəflərə oradan çıxmağa imkan verir. Bəyyannamə daha çox arzu edilir stilində yazılıb bu da çox yaxşıdır”.

Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin sabiq sədri Rəsul Quliyev deyib. O bildirib ki, bəynnamədə Ermənistanla əlaqədar qeyd olunanlar təqdirə layiqdir:

“Ancaq Rusiya 300 ildir (yəni yaranandan bu günə qədər) Rusiyadır o verdiyi sözü istənilən vaxt pozub aqressiya ilə məşğul oıa bilər. Azərbaycanın yanında hətta onu virtual dəstəkləyə biləcək ölkələr yoxdur. ABŞ və Avropa Ukrainanı dəstəkləyir və Rusiya Ukrainanın bir hissəsini işğal edir. Bu necə dəstəkdir. Prezident Zelenski artıq 1 ildir ona havadan müdafiə silahlarını və yeni tanklar, uzağa vuran raketlər(1998-ci ilə qədər Ukraina nüvə bombaları daşıyan və 5 min km-ə qədər uçan raketlər istehsal edirdilər.Əgər bu silahlar bu gün Ukrainada olsaydı nə Krım nə də Donbas Luqansk Rusiyanın tərkibində olmazdı. Ukrainanın bu vəziyyətə düşməsinin səbəbkarları bu silahları zorla ləğv edən ABŞ,BB və Rusiya olub. Belə çıxır ki, bu müqavilə ilə Krım və Ukrainanın şərginin Rusiyaya verilməsi əvvəldən planlaşdırılıb. 
 Əgər belə deyilsə nə üçün Ukrainaya müasir hava hucumundan müdafiə sistemi vermək əvəzinə 60 il bundan öncə istehsal edilmiş (cəmi 3 km hündürlüyündə təyyarələri vura bilən) stingerləri verirsiniz. Bu yazıq Ukraina artıq 10 dəfədir biz Rusiydadn qorxmuruq ,ancaq silah verin deir.
 Fikrimcə Azərbaycan müstəqilliyini möhkəmləndirmək üçün lazımsa Prezident Ermənistana gedib orada hərtərəfli müqaviləni imzamalıdır.Əgər mümkün olsa prezident Ərdoğanda Ermənistanla müqaviləyə imza atmalıdır. Bu işi Ankara və Bakıdada etmək olar. Ancaq çox vacibdir ki, bu sənəd imzalansın.Bir sözlə Azərbaycanın dərrakalı adamları (azda olsa) Prezident Əliyevin gördüyü mühüm işlərin mahiyyətini anlayır”.