DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Azərbaycanda sənayenin ÜDM-də payı 43 faizə çatıb – Aydın Hüseynov

3 dəqiqəyə oxunur

“Azərbaycan hazırda yeni inkişaf mərhələsinə daxil olub. Cənab Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində ölkəmiz 2020-ci ildə üzləşdiyi ağır pandemiyanın mənfi təsirlərini tamamilə arxada qoyaraq Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq bütün sahələrdə uğurlu addımlar atmaqdadır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə ümumi daxili məhsulun (ÜDM) həcmi 5,6 faiz artaraq 92 milyard 857,7 milyon manata yüksəltdi: “Bu, müstəqilik tarixinin son 30 ilində ən yüksək əlavə dəyər deməkdir. ÜDM-in adambaşına düşən həcmi 9 min dolları ötübdür. Həmçinin, 2021-ci ildə ən vacib məqamlardan biri iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 % oldu. Bu isə ölkə üzrə ümumi iqtisadi artım faizindən çoxdur və ondan xəbər verir ki, qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilməkdədir. Azərbaycan post-pandemiya dövründə ən yaxşı və yüksək artım göstəriciləri ilə başa vurmuş dövlətlərdən biridir. 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Bir ildə qeyri-neft ixracının bu qədər artması müstəqillik tarixində bir ilkdir: 2021-ci ildə qeyri-neft sektoru üzrə ixracın həcmi 2015-ci ildəki adambaşına 170 dollardan 2021-ci ildə 270 dollara çatıbdır. İqtisadi imkanlarımızın artması əlbəttə ki, Azərbaycanın maliyyə potensialını da artırır və 2022-ci ildə 3 milyon nəfərə yaxın insanı əhatə edən maliyyə tutumu 2 milyard manata yaxın sosial paketin icrası da bunu təsdiqləyir”.

A.Hüseynovun sözlərinə görə, artıq işğaldan azad edilmiş ərazilərin də iqtisadiyyata reinteqrasiyası prosesi başlanıbdır: “Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri ilə bərabər, iqtisadi layihələrin icrası da sürətlə aparılır. 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə 2,2 milyard manat vəsait ayrılıb. Həmçinin yeni yaradılmış sənaye zonaları, kənd təsərrüfatı, xidmət və sənaye sahələrinə özəl sahibkarlar cəlb edilib. Bu ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 980-dən artıq biznes-plan daxil olub.50-dən çox xarici şirkət bu bölgədə işləmək üçün hökumətə müraciət edib. Bu, onu göstərir ki, həmin ərazilərə böyük iqtisadi maraq vardır. Azərbaycanın iqtisadi gücünün əsas sütunlarından biri olan sənaye potensialı da durmadan artır. Cənab Prezidentin bu günlərdə bəyan etdiyi kimi Azərbaycanın güclü sənaye imkanları vardır. Ötən il qeyri-neft-qaz sənayesinin artım tempi 20 faiz olmuşdur ki, bu da Azərbaycanın müstəqillik tarixində rekorddur. Hazırda ÜDM istehsalının 42,5 faizi sənayenin payına düşür ki, bu da 24,8 faiz orta dünya göstəricisini əhəmiyyətli şəkildə üstələyir. Sənayenin inkişafı istiqamətində aparılan sistemli işlərin nəticəsi olaraq ölkədə yeni sənaye müəssisələri açılır, mövcud müəssisələrin istehsal gücü artırılır və nəticədə ölkədə yaradılan əlavə dəyərdə sənaye mallarının payı yüksəlir. Bu gün sənaye məhsulunun 80 %-i özəl bölmənin payına düşür. Ölkə iqtisadiyyatına yatırılmış investisiyaların 40 faizi sənaye sektorunu əhatə edir. Ümumiyyətlə sənaye sektoruna qoyulmuş investisiyaların 44,2 faizi xarici investisiyaların, 55,8 faizi isə daxili investisiyaların payına düşür. Hazırda Azərbaycanda ən yüksək əmək haqqı da məhz sənaye bölməsində çalışan işçilərə məxsusdur”.