Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Sabirabad rayon sakini Ə.Novruzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.
Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.