Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.
Arazmedia.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib.
Qeyd edək ki, S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir.