Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 170 m² olan iki ailəyə (hər mərtəbəsi ayrı-ayrı vətəndaşlara) məxsus ikimərtəbəli evin birinci mərtəbəsində sahəsi 40 m² olan evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi və ikinci mərtəbə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.