DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Manatın alıcılıq qabiliyyətində AZALMA: “Məzənnənin stabil qalmasına çalışılır”

2 dəqiqəyə oxunur

“İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilərsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş yerləri yaradılmalıdır”.

Bu sözləri manatın mövcud alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, yerli istehsalın tam formalaşmaması fonunda böyük iqtisadi kəsr ortaya çıxır və bu baxımdan istehsal sahələrinin yaradılması vacibdir:

“Bu il manatın alıcılıq qabiliyyətinin məhdudlaşması gözləniləndir. Çünki dünya ölkələrində valyutaların alıcılıq qabiliyyəti hazırkı iqtisadi proseslərə rəğmən aşağı düşməkdədir. Artıq enerji daşıyıcıları və istehlak məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu artım inflyasiyanın baş verdiyini göstərir və ona görə də manatın vəziyyətinə təsir edir. Artım əsasən daşınmaz əmlak bazarında müşahidə olunur. Əvvəllər mənzillərin qiymətindəki dəyişikliklər 1-2 faiz civarında baş verirdisə, hazırda 10-15 faiz civarında artım var. Əmlakın qiyməti bahalaşdıqca, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi reallaşır. Düzdür, hazırda manatın bazardakı əsas mövqeyini qoruyub saxlayan neft məhsullarıdır. Neftin mövcud stabilliyi manatın dollara nisbətən öz mövqeyini qorumasına yol açır.

Mərkəzi Bank bazarda ABŞ dollarının xüsusi çəkisini artırmaqla, manatın məzənnəsinin stabil qalmasına çalışır. Halbuki milli valyuta özü özünü tənzimləməlidir. İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilirsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş yerləri yaradılmalıdır. Həmçinin ölkə məhsullarının kənarda bazarları müəyyən olunmalıdır. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısını almaq üçün iqtisadi sahədə müəyyən islahatların aparılması və investisiyaların cəlb edilməsi zəruridir”.