Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Dağlıq Qarabağ və ətraf 7 rayonunun (Kəlbəcər, Laçın, Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ermənilər tərəfindən işğal olunması və bu ərazilərin bol təbii sərvətləri ilə birlikdə, 30 ilə yaxın işğalçıların nəzarətində qalması ilə nəticələnmiş və bütün yaşayış məskənlərinin, 100 illərlə xalqımızın yaratdığı bütün maddi və mənəvi sərvətlərin işğalçılar tərəfindən dağıdılmasına səbəb olmuşdur.
İşğal nəticəsində bu ərazilərdə olan qızıl, gümüş, mis, molibden və s. kimi qiymətli metalların qanunsuz istismarı aparılmış və təbii sərvətlər talan edilmişdir. 30 il ərzində işğal altındakı Azərbaycan ərazisində hasil olunan qiymətli metal resursları Ermənistana daşınmış, burada müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarında satışı həyata keçirilmişdir.
Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmiş, 14, 15, 16, 19, 21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanmışdır. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilmiş, 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir. Burada təsdiq edilmiş ehtiyatlara görə: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl – 2,169 ton; C2 kateqoriyası üzrə filiz – 433 min ton, qızıl – 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş – 0,19 ton; C2 kateqoriyası üzrə gümüş – 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis – 0,2 min ton; C2 kateqoriyası üzrə mis – 2,8 min ton təşkil etmişdir.
Vejnəli yatağı Azərbaycanın cənub-qərbində Zəngilan rayonunda yerləşir. Yataqda erməni işğalı zamanı müəyyən qədər mədən işləri aparılıb, lakin indi bu işlər dayandırılıb. Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmiş, 14, 15, 16, 19, 21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanmışdır. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilmiş, 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir. Burada təsdiq edilmiş ehtiyatlara görə: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl – 2,169 ton; C2 kateqoriyası üzrə filiz – 433 min ton, qızıl – 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş – 0,19 ton; C2 kateqoriyası üzrə gümüş – 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis – 0,2 min ton; C2 kateqoriyası üzrə mis – 2,8 min ton təşkil etmişdir.
Zod yatağı (ermənilər Sotk adlandırır) Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Ümumi ərazisinin 70 faizi Azərbaycanın, 30 faizi isə Ermənistanın ərazisinə düşür. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuşdur. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə başmayaraq, yatağın istismarına SSRİ hökumətinin himayəsi ilə Ermənistan tərəfindən 1976-cı ildən başlanılıb.
“Zod” qızıl mədəni əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, “Zod” qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. “Zod” qızıl mədəni Ermənistan iqtisadiyyatında əhəmiyyətli yer tutan sahələrdən biri olmuşdur və açıqlanan rəsmi məlumatlara görə, qızıl mədənini istismar edən Rusiyanın “GeoProMining Gold” şirkəti Ermənistanın ən böyük 4-cü vergi ödəyicisi olub. “Zod” qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib. 2019-cu ildə “GeoProMining Gold” şirkəti Ermənistan dövlət büdcəsinə 32 milyon dollar vergi ödəyib.
Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin Canyataq-Gülyataq qızıl yatağı mövcud olub.
Hazırda Agdərə rayonu ərazisində ermənilərin nəzarəti altında olan Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının (Drmbon) kəşviyyat və istismarı məqsədi ilə 2002-ci ilin avqust ayında ermənilərin “Valeks qrup” («VALLEX Group») şirkəti tərəfindən “Base Metals” adlı şirkət yaradılıb. Bu illər ərzində işğal olunmuş Dağlıq Qarabağda ən uğurlu müəssisə, ən böyük istehsalçı və vergi ödəyicisi olan Drmbon dağ-mədən zavodunda ilkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, 2009-2011-ci illərdə ildə 400 min ton filiz emal edilib. Nəticədə bu yatağın hasilatı ilə vəhşicəsinə davranış ona gətirib çıxarıb ki, qısa müddətdə (10 il) filiz hasilatının həcmi ayda 30 min tondan 10,6 min tona qədər azalıb.
Heyvalı (Drmbon) yatağında filiz ehtiyatları azaldığından (erməni mənbələrinin yazdığına görə kəşf olunmuş 3,2 milyon ton filizdən 2014-cü ildə cəmi 0,4 milyon ton qalmışdır), əlavə yataqların axtarışına başlanılmış və 2011-ci ilin dekabrında yalnız bir quyuda (bu gün artıq Tərtər rayonundakı Dəmirli (Kaşen) iri qızıl yataqı kimi müəyyən edilib), sənaye əhəmiyyətli filiz aşkar edilmişdir. 2013-cü il mayın 1-də Dəmirli yatağında filiz istehsalına başlanıb. Müntəzəm olaraq bu yataqdan gündə 2 min ton həcmində filiz Drmbon dağ-mədən zavoduna aparılırdı. Dəmirli yatağından filizin emalını nəzərə alaraq Drmbon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücü iki dəfə – 350 min tondan 700 min tona qədər çatdırılmışdır. Hazırda Drmbon dağ-mədən zavodu ildə 600 min ton Dəmirli (Kaşen) filizi və 100 min ton Drmbon filizi emal edə bilir.Heyvalıda yerləşən Drmbon dağ-mədən zavodu ağır sənaye yeniliklərinə aid edilir və Dağlıq Qarabağda xarici investisiya əsasında yaradılan ən uğurlu müəssisələrdən biri hesab olunur.
“Base Metals” şitkətinin eksperimental məlumatlarına görə, Ağdərədə yerləşən yataqlarda olan mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. “Base Metals”–ın son məlumatlara görə, Dəmirli yatağının sübut olunmuş filiz ehtiyatları 56 milyon ton həcmində qiymətləndirilir. Bununla bağlı Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon ton filiz istehsal edən mədən emal zavodutikilmişdir. Bu isə, öz növbəsində, artıq 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində bir çox ölkəyə aid şirkətlər mədən hasilatı ilə məşğul olaraq qanunsuz fəaliyyət göstərib. Jurnalist araşdırmaları nəticəsində əsas hasilat şirkətlərinin Argenitina, Avstraliya, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya, Çin, Livan, Yunanıstan, Uruqvay, Hindistan, Kanada və digər dövlətlərin vətəndaşlarına aid özəl şirkətlərin işğalçı Ermənistan və bölgədəki separatist rejimlə birlikdə yaratdığı törəmə şirkətlər olduğu müəyyən edilmişdir.
Azərbaycanın istintaq orqanları tərəfindən aparılmış araşdırmalarla adları qeyd olunan və digər ölkələrin mədən sənayesi üzrə ixtisaslaşmış qurumlar da daxil olmaqla bir sıra şirkətlərinin, o cümlədən qondarma respublikada yaradılmış “Base Metals” zavodu ilə əməkdaşlıq edərək, “Haik Watch and Jewelry Co”, Kanadanın “Canadian First Dynasty Mines Ltd”, Rusiyanın “GeoProMining Ltd” şirkətinin törəməsi olan “GPM Gold”, ABŞ-nın “Global Gold Armenian Ltd”, “Geologix Group”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd”, “İndian Sterlite Gold Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil qrup halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə dair faktlar müəyyən edilmişdir.
Ənənəvi Beynəlxalq Humanitar Hüquq, xüsusəndə 1907-ci ildə qəbul edilmiş İV Haaqa Qaydaları, 1949-cu ildə qəbul edilmiş İV Cenevrə Konvensiyası işğalçı dövlət tərəfindən ciddi və davamlı şəkildə pozulmasını daim diqqətdə saxlamışdır və işğalçı dövlətin işğal edilmiş ərazilərdə təbii resurs qaynaqları kapitalını qorumaq öhdəliyi olmasını bəyan etmişdir.
“İşğala məruz qalmış, qanuni inzibati idarəçiliyi itirilən və hüquqi statusu hələ də naməlum qalmış ərazilər haqqında Cenevrə konvensiyası”na əsasən, münaqişə nəticəsində uzunmüddət işğal altında qalmış və faktiki statusu hələ də tam aydın olmayan ərazilərdə şirkətlərin mədən hasilatı ilə məşğul olması qadağandır. İşğalçı dövlətin işğala məruz qalmış ərazinin hər hansı bir təbii resurs qaynağını və əmlakını öz iqtisadiyyatının xeyrinəi stismar etmək üçün qanuni səlahiyyəti yoxdur.
Bundan başqa, MSŞT strategiyasına əsasən şirkətlər təbii sərvətlərin hasilatında ərazi üzrə beynəlxalq qurumların tanıdığı hüquqi idarəçiliyə malik dövlətlə müqavilə bağlamalıdırlar.
Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında olan 2-ci Qarabağ müharibəsindən sonra Zəngilan rayonundakı Vejnəlli yatağı təmamilə işğalçılardan azad edilmiş, Zod (Kəlbəcər) yatağında ermənilər tərəfindən mədən istismar fəaliyyəti dayandırılmışdır. Hazırda Zod yatağının da Azərbaycan tərəfindən istismar olunması planlaşdırılır. 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Hökuməti ilə Anglo Asian Mining PLC şirkəti arasında yenilənən Hasilatın Pay Bölgüsü Sazişinə əsasən iki müqavilə sahəsi – Vejnəli və Qızılbulaq yataqlarının istismarı bu şirkətə verilib və Söyüdlü müqavilə sahəsi isə ləğv edilib. Bu müqavilə sahələrinin hər biri ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişi üzrə fəaliyyətlər Azərbaycan Hökumətinin Şirkətə bütün hərbi əməliyyatların dayandırıldığı və əraziyə girişin təhlükəsiz olduğu barədə bildirişindən sonra başlanacaq.. Sazişə görə, şirkət müqavilə sahəsində, beş il müddətinə kəşfiyyat və gələcək hasilat potensialının qiymıtləndirilməsi işlərinin aparılması, daha sonra iki beşillik uzadılmaqla 15 il müddətində inkişaf və istismar etmək hüququna malikdir.
AR prezidentinın 29 may 2021-ci il tarixli sərəncamına əsasən Qaşqaçay filiz yatağının (“Eti Bakır A.Ş.” şirkətinə), Elbəydaş və Ağduzdağ filiz yataqlarının (“Artvin Maden A.Ş.” şirkətinə) öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilməsi uzrə 2021-ci il sentyabrın 30-da Türkiyə şirkətləri ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında müqavilə imzalanıb və Azərbaycanın Qarabağ bölgəsində üç mühüm filiz yatağında mədən işlərinə başlamaq üçün hüquqi əsaslar yaranıb.
Lakin bu sazişlərin şərtlərinin ictimayyətə açıq olmaması xüsusi ictimai narahatlıq doğurur.
Bütün qeyd olunanları nəzərə alaraq MSŞA Koalisyası:
Ermənistanın yuxarıda qeyd olunan bütün beynəlxalq hüquq normalarına məhəl qoymadan illər uzunu Azərbaycanın təbii sərvətlərini talan etməsinin beynəlxalq məsuliyyətlə nəticələnməli olduğuna diqqət çəkərək Beynəlxalq qurumları, hökumətlərarası təşkilatları, beynəlxalq insan hüquq və azadlıqları təşkilatlarını, eləcə də MSŞT üzrə Beynəlxalq Katibliyi, “Ödədiyini Açıqla” Koalisiyasını məsələnin hüquqi tərəflərini nəzarətə götürərək işğalçı Ermənistana və orada qanusuz fəaliyyət göstərmiş və hazırda da göstərən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi tədbrilər görməyə;
Ermənistanın İşğalı nəticəsində Azərbaycanın maddi sərvətləri olan qızıl, gümüş, mis, molibden və s. kimi qiymətli metalların qanunsuz istismarı nəticəsində Azərbaycan xalqına və Qarabağın füsunkar təbiətinə dəyən maddi və mənəvi zərərə görə Ermənistan dövlətinin təzminat ödəməsi üçün hüquqi tədbirlərin həyata keçirilməsinə;
Azərbaycan hökümətini işqaldan azad edilmiş ərazilərdə təbii resursların istismarı üzrə bağlanmış müqavilələrin açıqlanmasını və onun ictimaiyyət üçün əlçatanlığını təmin etməyə, müqavilələrin şərtləri barədə ictimayətə geniş informasiya verməyə, eləcə də bu sazişlərin icra vəziyyətinin monitorinqi üçün QHT-lərin fəaliyyətinə şərait yaratmağa;
İşqaldan azad edilmiş ərazilərdə mədən hasilatı ilə məşğul olan şirkətlərə, xüsusən yeni müqavilə bağlamış qardaş Türkiyənin “Eti Bakır A.Ş.” şirkətinə və “Artvin Maden A.Ş.” şirkətinə, eyni zamanda, “ Anglo Asian Mining” şirkətinə beynəlxalq şəffaflıq standartları çərçivəsində fəaliyyət qurmaq, ətraf mühitin mühafizəsini təmin etmək, bu sektorda şəffaflığın və hesabatlılığın təmin olunması üçün vətəndaş cəmiyyəti ilə birgə səy göstərməyə və əməkdaşlıq etməyə çağırır.
Ictimai Birliklərin Mədən sənayesində Şəffaflığın Artırılması Koalisiyası
15 yanvar 2022-ci il
Arazmedia.az