Rusiya sülhməramlıları Qarabağın Yayıcı (Koçoqot adlandırılmış, əvvəlki Ağdərə, indiki Kəlbəcər ərazisi) kəndindən olan 50-dən çox uşağa humanitar yardım edib.
Arazmedia.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin humanitar cavab mərkəzinin mütəxəssisləri humanitar aksiya çərçivəsində uşaqlara hədiyyələr təqdim ediblər.
“Bu gün Kəlbəcər rayonunun Koçoqot kəndində humanitar aksiya keçirilib. 54 uşaq hədiyyələr və şirniyyat alıb”, – Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Kudrin bildirib. O, əlavə edib ki, humanitar aksiya digər bir neçə kənddə də keçiriləcək.