DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Kafe sahibi cərimələndi

1 dəqiqəyə oxunur

Tərtər rayonunda müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən kafe müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb və kafenin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.