DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Peyvənd olunanların sayı açıqlandı

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Arazmedia.az-a verilən məlumata görə, bir gündə 183 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, buster doza üzrə vaksinasiya olunanların sayı isə 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 548, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 760, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 357 təşkil edir.