Türkiyənin Azərbaycandakı səfirliyi xalqımızı təbrik edib.
Arazmedia.az xəbər verir ki, bu barədə səfirliyin tvitter hesabında paylaşım edilib.
“Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlarının Həmrəylik Günü və yeni il münasibətilə təbrik edir, yeni ilin Azərbaycan xalqına və bütün Türk dünyasına sülh və əmin-amanlıq gətirməsini diləyirik”, – paylaşımda deyilir.