DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Gecə saatlarında işləyən çay evlərinin sahibləri saxlanıldı

1 dəqiqəyə oxunur

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyektləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evlərinin  xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərmələri aşkar edilib.

Obyektlərin sahibləri rayon sakinləri Nicat Orucov və Elmar Şərifov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib. Çay evində olan digər şəxslər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülüb