“Azərbaycan Hava Yolları” aviaşirkətinin Dubaydan Bakıya yola düşən (J2-012 reysi) təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir.
Arazmedia.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Qeyd edək ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.