2021-2022-ci tədris ili üzrə ölkənin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.