DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq İstanbul şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Zaqatala rayon sakini Sevinc Durmuşova tutulmuşdur.
DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci və 144-3.4-cü maddələri ilə (İnsan alveri) başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Məhkəmənin hökmünə əsasən S.Durmuşova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdir.