Bakıda daha iki nəfər dəm qazından boğularaq ölüb.
Arazmedia.az xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisində 2000-ci il təvəllüdlü Heydər Heydərzadə yaşadığı evin hamamında dəm qazından boğulub.
Bundan başqa, Yasamal rayonu 1-ci Alatava yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Aysel Məmmədli yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.