Daxili siyasətə nəzər salsaq, şahidi olarıq ki, Azərbaycan bütün sahələrdə müvəffəqiyyətlər qazanıb. Qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə söyləmək olar ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır.
Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib.
Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət, o cümlədən, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsasını qoyan ümumilli liderimiz iqtisadi islahatlar həyata keçirdi ki, bu islahatlar bu gün də uğurla həyata keçirilməkdədir.
Fəxrlə deyə bilərik ki, Azərbaycanın İlham Əliyev kimi layiqli Prezidenti var. Azərbaycan lideri xalqını sevən liderdir. Məhz buna görə də, xalq hər zaman Prezidentin ətrafında sıx birləşib onun arxasındadır.
Ad gününüz mübarək,Cənab Prezident ! Azərbaycan xalqının rifahı naminə gələcək səylərinizdə sizə uğurlar arzu edirəm. Sizin sayənizdə ölkəmiz gündən günə çiçəklənir. Azərbaycanda sülh-əminamanlıq əbədi olaraq hökm sürür.
Arazmedia.az