Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus BMT-nin Cenevrə ofisində jurnalistlərlə ilin ilk və son üz-üzə mətbuat konfransı keçirib.
Arazmedia.az xəbər verir ki, Tedros Adhanom Qebreyesus bu il 3,3 milyondan çox insanın koronavirus səbəbiylə öldüyünü ifadə edərək, “2022, epidemiyaya son qoyduğumuz il olmalıdır” deyə açıqlama verib.
“Heç birimiz 18 ay sonra hələ də epidemiyanın məngənəsində olacağımızı təsəvvür edə bilməzdik. Bu il COVİD-19-dan 3,3 milyon insan öldü. Bu, 2020-ci ildə HİV/QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çoxdur”, – deyə baş direktor xəbərdarlıq edib.