DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mediatorlar üçün təlimlərə başlandı

5 dəqiqəyə oxunur

E-huquq.azın məlumatına görə, açılışda çıxış edən Dövlət Xidmətinin rəis müavini, rəisi vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bu cür təlimlərin əhəmiyyətindən danışaraq Dövlət Xidmətinin mediatorların peşəkarlığının artırılması istiqamətində Mediasiya Şurası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu, daim bu istiqamətdə dəstək göstəriləcəyini bildirib.

Qeyd edib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri keyfiyyət infrastrukturunun qurulmasından başlayaraq istehlak bazarında rəqabətin təmin olunmasınadək geniş spektri əhatə etməklə nəticədə istehlakçı məmnuniyyətinin təmin edilməsinə yönəlib.

“Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətiz və insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarından qorunması istiqamətində həyata keçirilən müxtəlif nəzarət tədbirləri barədə məlumat verib. Əlavə edib ki, 2021-ci ilin 11 ayı ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı Dövlət Xidmətinə 4500-ə yaxın müraciət daxil olub. Bu müddət ərzində müraciətlərin müsbət həlli nəticəsində istehlakçıların 330 000 manatdan artıq məbləğində tələbləri təmin edilib”.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” ilə qarşıda duran vəzifələrdən biri də Azərbaycanda mediasiya institutunun yaradılması üzrə tədbirlərin davam etdirilməsi, o cümlədən bu fəaliyyəti tənzimləyən normativ bazanın formalaşdırılmasının, beynəlxalq təşkilatların dəstəyi ilə pilot qaydada tətbiqinin və əhalinin bu sahədə maarifləndirilməsinin təşkil edilməsi olduğunu qeyd edib: “Bunun nəticəsi olaraq, 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında qanun” qəbul edilib, lakin hazırki pandemiya şəraiti ilə əlaqədar olaraq, Qanunun qüvvəyə minmə müddəti 01 yanvar 2021-ci il tarixədək uzadılıb. 3 mart 2020-ci il tarixli Mediasiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi qeydiyyatdan keçərək Mediasiya Şurasının üzvlüyünə qəbul edilib və Azərbaycanda ilk dəfə olaraq Mediatorların ilkin hazırlıq kursları baş tutub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq, bu günədək 5 təlim, 28 qrup olmaqla, ümumilikdə 420 nəfər Ədliyyə Akademiyası tərəfindən distant formada mediatorların ilkin hazırlıq kursuna cəlb edilib. Təlimlərin yekununda Ədliyyə Akademiyası tərəfindən formalaşdırılan Komissiya tərəfindən distant formada kursun yekunimtahanları həyata keçirilib. İmtahanlarda uğur qazanmış ümumilikdə 354 nəfər Sertifikata layiq görülüb. Hal-hazırda Sertifikata layiq görülən mediatorlardan 236 nəfər Mediasiya Şurasının üzvüdür”.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək Şuranın fəaliyyəti və yeniliklər barədə danışıb, eləcə də statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Sahibkarlığın inkişafı üçün mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol Xəritələri kiçik və orta sahibkarlıq üçün alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirir və 3 əsas hədəf müəyyən edilib: ” “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun tətbiqi barədə Azərbaycann Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fərman imzalanıb. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilib.Bu günə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub. Müraciətlərin 9 550-si Mediasiya Şurası tərəfindən mediatorlara bölünüb və işlərə baxılıb. Lakin müraciətlərdən 3 033-ü düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1 200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib.

Daxil olan müraciətlərin 8 515-i ailə mübahisəsi, 740-ı kommersiya məsələsi, 297-si əmək mübahisəsi məsələləri ilə bağlı olub. Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimiz, uğurlarımızın danışa bilmirik. Lakin baza olaraq növbəti il üçün kifayət qədər işlər görüldüyünü düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur”.

Qeyd edək ki, mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edəcək təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri və bütövlükdə istehlakçı hüquqları prizmasından Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri barədə Xidmətin sahə mütəxəssisləri tərəfindən təlim iştirakçılarına ətraflı məlumat veriləcək.

Təlimi uğurla bitirən mediatorlara xüsusi sertifikatlar təqdim olunacaq.

Tədbirin sonunda Dövlət Xidməti ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.