DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

DYP-dən moped sürücüləri ilə bağlı AÇIQLAMA

2 dəqiqəyə oxunur

Azərbaycanda son vaxtlar kiçik həcmli motora malik mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər videolar paylaşılır, müzakirələr aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, mopedlərin (50 kub santimetrə qədər motor həcmi olan nəqliyyat vasitələri) idarə olunması üçün sürücülük hüququ, həmçinin, onların dövlət qeydiyyatına alınması barədə hallar bu günə qədər tətbiq olunan qanunvericilikdə əksini tapmayıb: “Vətəndaşların son vaxtlar bu növ nəqliyyat vasitələrindən istifadəsi isə ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmli olmasına və yollardakı avtomobil sıxlığının aradan qaldırılmasına öz töhfəsini verəcək. Buna baxmayaraq, məsələ ilə bağlı vətəndaşlarda haqlı narazılıq və narahatlıq yaradan səbəblər də az deyil. Bu cür vasitələrə törədilmiş qəzaları, eləcə də qayda pozuntularını xüsusi texniki vasitələrlə aşkar etmək mümkünsüzdür.”

Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklər qısa zamanda öz həllini tapacaq və bu növ nəqliyyat vasitələrini idarə edənlərin məsuliyyəti daha da ciddiləşəcək. DYP əməkdaşı bildirib ki, qanunvericiliyə DİN tərəfindən hazırlanan dəyişiklillər layihəsi artıq hökumətə təqdim olunub.

Araz Əsgərli qeyd edib ki, hərəkətin digər iştirakçıları kimi təsisatlaşdırılmış mopedlər, velosipedlər, skuterlər, yeni nəsil nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsələ mövcud qanunvericilikdə əks olunmasa da, yeni qanunvericilikdə həllini tapacaq məsələlər siyahısındadır.

DYP əməkdaşı bildirib ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yol-patrul xidməti əməkdaşları tərəfindən hərəkətin digər iştirakçıları qismində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.