Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Ağsu rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədirləri davam etdirilir.