“Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb”.
Arazmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb:
“O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzrxahlıq edib”.