Yeni Zelandiyada gələn ildən tətbiqi gözlənilən qanuna əsasən, 2008-ci ildən sonra doğulanlar üçün siqaret və tütün məmulatlarının istifadəsi qadağan ediləcək.
Arazmedia.az xəbər verir ki, qərar Yeni Zelandiyanın Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.
“Biz gənclərin heç vaxt siqaret çəkməyə başlamamasını təmin etmək istəyirik”, – deyə nazir Ayesha Verall bildirib.
Yeni Zelandiya 2025-ci ilə qədər ölkədə siqaret çəkmə nisbətini yüzdə 5-ə qədər azaltmağı və sonra tamamilə ləğv etməyi hədəfləyir.
Hazırda Yeni Zelandiyalıların təxminən 13 faizi siqaret çəkir. Təxminən 10 il əvvəl bu nisbət 18 faiz idi.