DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Nazir müavini 1 əsr yaşı olan Şəmşir babanı aldadıb-İDDİA

2 dəqiqəyə oxunur

100 yaşına az qalmış Şəmşir baba Arazmedia.az xəbər portalına müraciət edərək, problemini işıqlandırmağımızı xahiş etmişdir.
Şəmşir baba haqqında qısa arayış:
O, 1926-ci ildə Azərbaycanin dilbər guşələrindən olan Kəlbəcər rayonunda anadan olub. Ömrünün çiçəklənən vaxtı, tərkibində olduğumuz SSRi-ni qorumaq üçün faşist Almaniyası ilə müharibəyə qatılmışdır. Qızğın döyüşlərdə gənc Şəmşir yaralanaraq, hərbi travma alır. O vaxtkı Azərbaycan hökuməti onu ordudan tərxis edir və ı qrup əlillik dərəcəsi verir.
Yaralanandan sonra da, vətənə xidmət etməyə can atan Şəmşir müəllim, könüllü olaraq arxa cəbhədə pedaqoji fəaliyyətə başlayır. O, ən ucqar kəndlərdə müəllim işləyir. Bu illər ərzində yüzlərlə kadrlar yetişdirir. Bir sözlə, bir vaxt Azərbaycan SSRİ tərkibində olanda imperiyaya, daha sonralar isə müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edir.
İndi isə onun 100 yaşı haqlamasına çox az bir vaxt qalıb. Ötən illər ərzində yaşlı Şəmşir baba yataq xəstəsinə çevrilir. Səhhəti tez-tez pisləşən babanı övladları, həftədə ən az iki, üç dəfə xəstəxanalara aparmalı olurlar.
Lakin babanın təqaüdü taksi puluna yetmir, əksinə ailəsi qonşulardan borc almağa məcbur qalırlar.
Bununla bağlı, Şəmşir babanın oğlu bir neçə dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə teleqram vuraraq, yaşlı, əlil atasını mütəmadi olaraq həkimə apara bilməsi üçün, atasına da əlillərə verilən yerli avtomobillərdən verilməsini xahiş etmişdir.
Bir neçə yüz manat xərc tutan oxşar teleqramlardan sonra, bu ilin iyul ayında, Sahil Babayevin müavinlərindən biri (ad soyadını unudublar) Şəmşir babaya zəng edərək bildirir ki, iki ay müddətində ona avtomobil veriləcək.
Amma təəssüf ki, nazir müavini onu aldadıb…
Aydın məsələdir ki, əlil baba ilə əlaqə saxlamağı müavininə Sahil Babayev tapşırıb…
Amma necə tapşırıbsa, sözün əsl mənasında qəhrəman Şəmşir babanın qulağı zəngdə qalıb…
Məsələ ondadır ki, bu kateqoriyadan olan insanlar, barmaqla sayılacaq qədər az qalıb.
Məhz görə də, humanist prezidentimiz İlham Əliyevin göstərişi ilə “tarixin yaşıdı” olan bu insanlara xüsusi qayğı göstərilir ki, maksimum çox yaşasınlar, Azərbaycanın gələcək nəsillərinə nümunə olsunlar.
Paradoksal vəziyyət ondan ibarətdir ki, cənab prezident 1941-1945 iştirakçılarına qayğı göstərsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tam əksini edir, bu adamlara biganə yanaşır.
Şəmşir babaya olan etinasızlıq göz qabağındadır.
Məsələ layiqli həllini tapana kimi gündəmdə saxlayacağıq.

Arazmedia.az