DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Evində toy məclisi təşkil edən şəxs cərimələndi

1 dəqiqəyə oxunur

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Məmmədqasımlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusu ilə əlaqədar ev sahibi U.Ağalarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.