Türkiyədə zəlzələ baş verib.
Arazmedia.az xəbr verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Van əyalətinin Tuşba rayonunda yerli vaxtla saat 00:46-da, 4,9 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 7,62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar bir sıra əyalətlərdə hiss olunub. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.