Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Arazmedia.az xəbər verir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.
2010-cu il təvəllüdlü B. O. döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
O, məktəbdə 5-ci sinif şagirdi olan Ə.M. tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.
Faktla bağlı araşdırmalara başlanıb.