DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Vilayət Eyvazov iki yüksək rütbəli polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

1 dəqiqəyə oxunur

Şəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

Arazmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb.

Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.