Sabirabad rayonunda intihar hadisəsi baş verib. Arazmedia.az xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü İmanov Rəhim İbrahim oğlu yaşadığı evin həyətində yarımtikilidə özünü asaraq intihar edib. Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. Share