Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla vəzifə cinayətləri ilə bağlı həbs olunan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
Arazmedia.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində sabiq icra başçının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məmmədovun həbs-qətimkan tədbiri müddətinin daha 3 ay uzadılması ilə bağlı qərar verib.