Türkiyənin paytaxt şəhəri Ankarada yaşayış binasında təbii qazın partlaması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.
Arazmedia.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Partlayış nəticəsində binanın bir hissəsi tamamilə dağılıb. Əraziyə xilasedici qüvvələr və təcili tibbi yardım briqadası cəlb olunub.
Ankara Respublika Baş Prokurorluğu partlayışla bağlı istintaq başladıldığını açıqlayıb. Araşdırmalar aparılır.