Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində altı erməni hərbçi Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılıb.
Arazmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir: “Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq”, – məlumatda vurğulanıb.