Sumqayıtda dəniz kənarında naməlum kişi meyiti tapılıb.
Arazmedia.az xəbər verir ki, hadisə Xəzər dənizinin Corat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, ərazidən keçən şəxslər dəniz kənarında meyitin olduğunu aşkar ediblər. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub və meyitin 20-25 yaşlarında kişi olduğu məlum olub. Onun kimliyi bilinmir. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.