Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib.
Arazmedia.az xəbər verir ki, bu barədə qərar Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə qəbul edilib.
Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Türk Şurasına üzv ölkələrdir, Macarıstan isə müşahidəçi statusu ilə təşkilata üzvdür.