Rusiyada işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar.
Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.