DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İctimaiyyət nümayəndələri Zəfər Günüylə əaqədar Prezidenti və Xalqı təbrik edirlər

1 dəqiqəyə oxunur

İctimaiyyət nümayəndələri “8 noyabr Zəfər Günü” münasibətiylə əlaqədar sosial şəbəkələrdə çoxlu paylaşımlar edir, bununla da öz sevinclərini izhar edirlər. Belə vətənpərvər, işgüzar ziyalılardan biri də, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin Notariusu Cəmaləddin Rüstəmovdur.

Notarius Cəmaləddin Rüstəmov redaksiyamızla əlaqə saxlayaraq, onun fikirlərini Arazmedia.az-da işıqlandırmağımızı istəmişdir.

Aydın məsələdir ki, o da, hər kəs kimi 44 günlük müharibədə qələbəmizə çox sevinir və bununla da haqlı olaraq qürur duyur.

Onu da xüsusi ilə vurğulayır ki, bu qələbəni əsas şərtləndirən iki amili unutmaq olmaz. Onlardan biri Ordumuzun yüksək hazırlığı idisə, digəri  prezident, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi idi.

İlham Əliyevin daxili və xarici siyasəti, onun 44 günlük müharibə ərəfəsində, 30-dan artıq xarici media nümayəndələrinə müsahibəsi sözün əsl mənasında inqilab oldu. İlham Əliyevin eyni zamanda Dəmir Yumruğu da öz işini gördü.

Cəmaləddin Rüstəmov, 44 günlük müharibədə şəhid olan bütün oğulların ruhları qarşısında baş əydiyini, qazilərə cansağlığı arzuladığını və prezident, Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan Xalqını Zəfər Günü münasibəti ilə səmimi qəlbdən təbrik etdiyini bildirib.

Arazmedia.az