DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Elektrik enerji doldurucularının satışı ƏDV-dən azad edilə bilər

1 dəqiqəyə oxunur

Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının satışı da əlavə dəyər vergisindən azad edilə bilər.

Arazmedia.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili belə bir təkliflə çıxış edib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuların idxalı ilə bərabər, onların satışının da vergidən azad olunmasını dəstəklədiklərini bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.