Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 148 ünvanında ağacın dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.
“Əməkdaşlarımızın nəzarəti altında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sözügedən ağacın dibi asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib”.