DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Ermənilər İrəvanda Azərbaycan radiosu dinləyir”

1 dəqiqəyə oxunur

“Ermənilər radiolarında Azərbaycan və Türkiyə səs dalğalarını dinləyirlər”. 

Arazmedia.az xəbər verir  ki, bu barədə “Joqovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə,  bu  hal İkinci Qarabağ  müharibəsindən əvvəl də  yaşanıb. 

“Ermənistan ərazisində, eləcə də İrəvanda radiotezliklərdə türk kanalları peyda olub. Üstəlik, bir sıra bölgələrdə Türkiyədən başqa, Azərbaycan kanalları da yayımlanmağa başlayıb. Yeri gəlmişkən, vətəndaşlar 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan radio kanallarının Ermənistan ərazisində görünməsindən danışmağa başlayıblar”.

Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin “Respublika Telekommunikasiya Mərkəzi” SNCO-nun baş direktorunun müavini Samvel Arutyunyan “Joqovurd” qəzetinə müsahibəsində bu məsələyə toxunaraq, onların 44 günlük müharibədən əvvəl mövcud olduğunu bildirib:  

“Sərhəddə erməni dilində radio proqramları da eşidilir ki, bu da radio kanallarının yayılması ilə birbaşa bağlıdır. Nə sərhəddi, nə də dövlət tanıyan radio kanallarının təbliğatının özəlliyi də budur. Biz sadəcə olaraq bununla mübarizə apara bilmərik. Tez-tez deyirlər ki, biz bir neçə səsboğucu quraşdırmalıyıq, lakin Ermənistan özü Avropa Yayım Birliyinin üzvüdür, mülki sahədə fəaliyyət göstərən radio şəbəkələrində birbaşa fasilələr yaratmamağa borcludur”, – deyə müavin bildirib.