DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Həkim məsləhəti olmadan uşaqlara vitamin vermək olmaz” – AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Payız və qış fəslində immunitet zəifləməsi baş verir. Məktəblərin açılışı, bağçalarda kütləviliyin artması xəstələnmə sayına təsir göstərmiş olur”.

Arazmedia.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, uşaqlarda immun sisteminin gücləndirilməsi üçün düzgün və sağlam qidalanma mütləqdir: “Körpə mümkün qədər ana südü ilə qidalanmalı, böyüklərdə balanslaşdırılmış qidalanma sistemi olmalıdır. Kiçikyaşlı uşaqlar təmiz havada çox gəzdirilməlidir”.

Nazirlik rəsmisi bildirib ki, həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil: “Həkimin resepti olmadan vitamin qəbulu fəsadlaşmaya səbəb ola bilər. Valideynlər elə düşünür ki, vitamin qəbulu ilə uşağının immun sistemini qaldıra bilər. Lakin elə vitaminlər var ki, orqanizmdə yüklənərək qala bilər. Nəticədə ciddi fəsadlar müşahidə oluna bilər. Mədə-bağırsaq pozutuları da məhz bu səbəbdən qaynaqlanır. Qastrit xəstəliyi də adətən bundan qaynaqlanır”.