Ələt qəsəbəsində İdris Mehdiyev küçəsinin bir qrup gənclərdən ibarət sakinləri nümunəvi addım atıb.
Arazmedia.az xəbər verir ki, Qəsəbənin daxilində 110 saylı orta məktəbə gedən yolu bir qrup gənclər özünün şəxsi vəsaiti hesabına abadlışdıraraq, istifadəyə veriblər.
Qeyd edək ki, sözügedən ərazidə məktəblilər, müəllim heyəti və bir çox sakinlər hərəkət etməkdə çətinlik çəkirdilər. Bunu görən bir qrup gənc nəslin nümayəndələri, şəxsi vəsaitləri hesabına, həmin ərazini abadlışdırmaq qərarına gəlib.
Bunu işıqlandırmaqda məqsədimiz insanlıq prinsiplərini qoruyub saxlamaq və imkanlı şəxslər arasında bu işləri təbliğ etməkdir.
Arazmedia.az kollektivi adından, İdris Mehdiyev küçəsinin gənclərinə təşəkkür edir, bu təşəbbüsü təqdirəlayiq əməl kimi qiymətləndiririk.
Məlumat üçün qeyd edək ki, sözügedən ərazi uzun müddətdir ki, bərbad vəziyyətdə idi. Nəhayət problem həmin gənclərin səyi nəticəsində aradan qaldırıldı.