Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həll olunmamış qaldığını bildirib.
Arazmedia.az xəbər verir ki, o, bunu Rusiya Prezidenti Vladimir Putinlə dünənki görüşündə deyib.
“Təəssüf ki, bu gün bizim regionda vəziyyətin tam sabitliyindən danışmaq olmaz. Gördüyünüz kimi, Qarabağ münaqişəsi həll olunmamış qalır və aydındır ki, bölgədə münaqişənin həlli və təhlükəsizliyin təmin edilməsində Rusiya önəmli rol oynayır və ATƏT Minsk qrupunun həmsədridir. Bütün bu məsələlər vacibdir və mən bu gündəliyi sizinlə müzakirə edəcəyimə şadam”, – deyə Paşinyan görüşün jurnalistlər üçün açıq hissəsində bildirib.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl verilən açıqlamalarda Qarabağ münaqişəsinin həll edildiyini bildirib.