Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, RİH başçısı aparatının məsul əməkdaşları, RİH inzibati ərazi dairəsi üzrə nümayəndəlik işçiləri, Kəlbəcər rayon 30 və 78 saylı tam orta məktəbin kollektivləri Vətən müharibəsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olan Mikayılov Azər Əmrah oğlunun ildönümü ilə əlaqədar Yevlax şəhər Şəhidlər Xiyabanında məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Arazmedia.az xəbər verir ki, Qəhrəman şəhidimizin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətirib, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!